Ölkə

Turizm Agentliyinin sədri: "Cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlif oldu"

18 Oktyabr 2018 11:43
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan həmişə qonaqpərvər və tolerant olub. Buna baxmayaraq, cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlifdir. Buna görə də bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir: "Bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması, turistlərin ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. DTA tərəfindən də bu istiqamətdə addımlar atılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.