Ölkə

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

18 Oktyabr 2018 10:25
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın turizm potensialının bütün dünyaya tanıdılması üçün səylərimizi artırmalıyıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

F.Nağıyev qeyd edib ki, bu ilin aprel ayında təsis edilən agentlik ötən aylar ərzində xeyli iş görə bilib: "Biz öhdəmizə düşən məsuliyyətin fərqindəyik və öz işimizi qurmuşuq".

Son bir neçə ildə ölkə turizminin çox uğurlu yol keçdiyini deyən F.Nağıyev turizm təhsilinin də çox önəmli olduğunu bildirib.

Onun sözlərinə görə, növbəti hədəflərdən biri DTA-nın bir neçə ölkədə nümayəndəliklərini açmaqdır.

F.Nağıyev əlavə edib ki, Agentlik tərəfindən turistlərə göstərilən xidmətin artırılması üçün də addımlar atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.