Ölkə

Göyçay sexlərində qanunsuzluq

18 Oktyabr 2018 09:49
10 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.