Ölkə

Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb

17 Oktyabr 2018 18:40
0 Şərh     Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş qismində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Vergilər Nazirliyi tanınıb.

Hakim bildirib ki, həm DTX, həm də nazirlik mülki iddia qaldırıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Sülüymanlı vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.