Ölkə

Şou-biznes və kino ulduzları “Qaragöz” filminin qala-gecəsində - VİDEO - FOTO

17 Oktyabr 2018 17:59
0 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 oktyabr tarixində çoxdandır gözlənilən yerli komediya "Qaragöz" filminin qala-gecəsi uğurla baş tutub.

Milli.Az xəbər verir ki, premyerada  hörmətli qonaqlar, televiziya, kino, şou-biznes və KİV nümayəndələri, bloggerlər və s. iştirak ediblər. Gecənin qonaqları filmi ilk izləyənlərdən biri olmaq, həmçinin gecəyə ev sahibliyi edən çəkiliş qrupu ilə ünsiyyət qurmaq imkanı qazandılar.

"Qaragöz" -  Orxan Mərdanın rejissorluq etdiyi, komedik dram  janrında çəkilmiş filmdir.

Film Qara ilə Nigarın hekayəsindən bəhs edir. Qara məşhur aktyordur, işinin dahisidir, yaxşı insandır, amma çox yığımcıldır, həddindən artıq simicdir. Bu xasiyyətinə görə də həyatda təkdir. Amma bir gün xəbərsiz olduğu oğlu yanına gəlir və onun həyatı dəyişir. İlk vaxtlar öz evini oğluna kirayə verir və onlar birlikdə yaşamağa başlayırlar. Qaranın səhnədəki tərəf müqabili Nigardan xoşu gəlməyə başlayır. Təbii ki, hər şey pula bağlı olduğu üçün o, bu istəyi gizlətmək istəyir. Qara bu məsrəfli dünyada yaşam mübarizəsi veridiyi halda bir gün pul və həyat qarşısında seçimdə qalır .

"Qaragöz" - izləyicilərə gərgin iş günündən sonra ürəkdən gülərək dincəlib, gündəlik qayğıları unutduracaq, xoş hisslər bəxş edəcək filmdir.

Filmin baş rollarında Elməddim Cəfərov və Oksana Rəsulova çəkiliblər.

Qala gecədə aktyorlar video çəkib bütün izləyicilərini 18 oktyabrdan Park Cinema kinoteatrlarına filmi izləməyə dəvət etdilər.

Odur ki, "Qaragöz" filmini sabahdan böyük ekranlarda baxa bilərsiniz!

Biletlər:

http://parkcinema.az/movies/view/7432/qaragoz?lang=az

Park Cinema - Azərbaycan müasir çoxlu sayda zalları olan kinoteatrların şəbəkəsidir. Bu gün şəbəkəyə ParkBulvar, MetroPark, ZaqulbaMall, FlameTowers əyləncə mərkəzələrində yerləşən bir neçə kinoteatr daxildir. ParkCinema ölkədə IMAX formatına malik olan yeganə şəbəkədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Скряга Гара и транжира Нигяр - кто победит? Гала-вечер комедии

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.