Ölkə

Avtobus və mikroavtobus sürücüləri cərimələndilər - VİDEO - FOTO

17 Oktyabr 2018 17:32
0 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, reyd Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təşkil olunub.

Reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan və avtomobillərini texniki baxışdan keçirmədən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. 

Yol Patrul Xidmətinin əməkdşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görülüb. 

Reyd zamanı Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə məxsus və kollecin tələbələrini daşıyan mikroavtobusun sürücüsü də qanunsuz fəlaiyyət göstərdiyinə görə saxlanılıb və cərimə olunub. 

Ümumilikdə reyd zamanı 50-yə yaxın sürcü barəsində protokol tərtib edilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağdamda avtobus sürücülərinə qarşı reyd keçirilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.