Ölkə

Bakıda yolun çökdüyü ərazidə tikilən binada işlər dayandırılıb - FOTO

17 Oktyabr 2018 15:48
0 Şərh     Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Səməd Vurğun küçəsində yolun çökdüyü ərazidə yeni tikilən binada işlər dayandırılıb.

Milli.Az xəbər verir ki, hazırda ərazidə işləyən müvafiq qurumların əməkdaşları Trend-ə bildirib ki, çökmə bir anda baş verib. Ərazidən keçən rabitə xətlərinə də ciddi ziyan dəyib. Problemin aradan qaldırılması istiqamətində işlər davam edir.

Bundan başqa, yol kənarındakı reklam lövhəsi də götürülür.

Bir qədər əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirmişdi ki, həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.