Ölkə

Bayılda vəziyyət gərgindir - Evlərin içindən FOTOlar

17 Oktyabr 2018 14:40
0 Şərh     Baxış: 2 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Bayıl qəsəbəsinin Buxta küçəsində yenidən uçqun tipli sürüşmə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ərazidə uçan evlə (Rəhilə Ağayevaya məxsus mənzil 9, ev 19 a) yanaşı, divarları çatlamış xeyli sayda digər evlər var. 

Evi ziyan görmüş vətəndaşlardan biri Sədaqət Əliyeva bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər:

"Bir-bir evlər uçur. Hamısı sənədli evlərdir. Ən köhnə ev 1943-cü ildə, ən təzəsi isə 1982-83-cü illərdə tikilib. Hər 4 gündən bir gəlib sökülən evə baxırlar, vəssalam. Hər yerə yazmışıq. Bir qalaq məktubumuz var ki, tezliklə bina söküləcək. Köçürülmə ilə bağlı bizə hər hansı bir söz deyilməyib".

Xatırladaq ki, ötən il indi uçan evin qonşuluğundakı 17 saylı mənzil də tamamilə dağılmışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.