Ölkə

Nazirlik birdəfəlik ödəməni almadığını deyən ailənin sənədlərini yaydı - FOTO

17 Oktyabr 2018 14:53
Baxış: 3 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl qafqazinfo-ya müraciət edən şəhid vərəsəsi Səlminaz Allahyarova oğlu və qardaşı üçün nəzərdə tutulmuş birdəfəlik ödəməni ala bilmədiyindən şikayət etmişdi. S. Allahyarova daha öncə onlara Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi olunmadığını iddia edib,  "deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb" deyə bildirib.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov müraciətinin araşdırıldığını və Səlminaz Allahyarovaya sığorta ödənişinin verildiyinin sənədlər əsasında təsdiqini tapdığını bildirib.

Belə ki, Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu", eyni zamanda 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən "Özəlləşdirmə payı almaq üçün" vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.

Həmçinin, Səlminaz Allahyarova qardaşı Səmədov Cövdət Cavad oğlunun şəhid hərbi qulluqçu olması ilə əlaqədar əvvəllər onlara hər hansı ödəniş edilmədiyini də bildirib. Amma Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 14 aprel tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən şəhid Səmədov Cövdət Cavad oğlunun vərəsəsi kimi anası Səmədova Gülüzar Bayram qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu" vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.