Ölkə

Əziz Qaralov: "Bibiheybətdəki hadisə sürüşmə deyil" - FOTO

17 Oktyabr 2018 12:37
3 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub:

"Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın üzlük daşı 3-4 metr uzunluqda qoparaq yola tökülüb. Başqa bir proses yoxdur".

Əziz Qaralov qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.