Ölkə

Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

17 Oktyabr 2018 12:50
0 Şərh     Baxış: 3 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Gelandewagen"in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən "Şaqman" yük maşınına çırpılıb. 

Qəza nəticəsində "Gelandewagen" yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, sürücü Məmmədov Nicat "Gelandewagen"i bir günlük "Rent a car"dan kirayə götürüb. 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kirayə götürdüyü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.