Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Muraz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Muraz Məmmədov Bakıda "Leo disko" gecə klubunda Hüseyn Hüseynovla mübahisə edib.
Bir müddət sonra M.Məmmədov H. Hüseynovla yenidən rastlaşıb və onu bıçaqlayıb.
M.Məmmədov "Riyad" Mühafizə Şirkətinin əməkdaşıdır.
Milli.Az