Ölkə

Badamdarda son sürüşmə Teleqülləyə təhlükə yaradırmı?

16 Oktyabr 2018 14:38
0 Şərh     Baxış: 2 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində baş verən sürüşmə Teleqülləyə təsir edə bilməz.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisindəki vəziyyət tam nəzarət altındadır: "Biz həmin ərazini mütəmadi izləyirik. Əraziyə mayaklar qoyulub. Teleqüllənin özü təxminən 20 metrdən çox olan əhəng daşının üzərində inşa olunub, möhkəm əsaslar üzərindədir. Teleqüllənin inşa edildiyi yer düzgün seçilib. Ona görə də, bu sürüşmələrin Teleqüllə üçün heç bir təhlükəsi yoxdur. Həmin ərazidə də hazırda təhlükə yoxdur".

Qeyd edək ki, Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb. Sürüşmə zonasında son monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.