Ölkə

Deputat HİDDƏTLƏNDİ: “3-cü sinif dərsliyində erotika var”

16 Oktyabr 2018 14:10
10 Şərh     Baxış: 3 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Uşaq isə "yox" deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".

Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib:

"Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə yazılanlar ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rus dilli məktəbə meyllənirlər? Çünki rus dilli məktəblərdə belə hallar yoxdur, orada düz-əməlli dərs keçirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.