Ölkə

Bakıda avtobus piyadanı vurub öldürdü

16 Oktyabr 2018 10:21
1 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusla yolu keçən Çingiz Haqverdiyevi vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.