Ölkə

Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

15 Oktyabr 2018 14:14
3 Şərh     Baxış: 2 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi "Modern Hospital" klinikasında mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırma aparır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib:

"Hazırda Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır. Araşdırma bitən kimi nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparırlar".

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.