Ölkə

Ağstafada həmyerlisini güllələyən şəxsə hökm oxundu

15 Oktyabr 2018 13:28
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova hökm oxunub. 

Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevral ayında T.Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.