Ölkə

Azərbaycan sərhədçilərini görüb əlindəkini atıb İrana qaçdı - Kisədən nələr çıxdı? - FOTO

15 Oktyabr 2018 11:12
1 Şərh     Baxış: 5 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 11 oktyabr tarixində saat 23:50 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində, Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhədçilərin "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.