Ölkə

Azərbaycanın keçmiş polis məmurunun oğlu "qız alveri" edir - ŞOK İDDİA - VİDEO - FOTO

13 Oktyabr 2018 13:31
4 Şərh     Baxış: 18 331

Hacıyev Elçin Elşad oğlu adlı gəncin 1 ildir Dubayda yoxa çıxmasında əsas şübhəlilərdən biri, illərdir onunla BƏƏ-də dostluq edən Teymur adlı dostu göstərilir.

Milli.Az xəbər verir ki, bu barədə "Səni axtarıram"da Elçinin anası Xanım ana bildirib.

Proqrama çıxmaqdan imtina edən və Elçinin yoxa çıxmasından sonra Bakıda təcili əməliyyat olunun Teymur bütün şübhələri üzərinə çəkib. 

Bununla bağlı Elçinin anası sözügedən proqramda Azərbaycan Hüquq mühafizə orqanları və aidiyyatı qurumları idarə edən nazirlərdən oğlunun cinayətinin üstünün açılması üçün gözyaşı içində kömək istəyib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə Teymurun atasının vaxtı ilə hansı vəzifədə çalışdığı barədə etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Aparıcı, atasının Hüquq mühafizə orqanlarının keçmiş yüksək vəzifəli məmuru olduğu deyilən Teymurun Dubayda "qız alveri", qanunsuz nakotik ticarəti, fırıldaqçılıq kimi çirkin əməllərdə adının hallandığını qeyd edib.

Qeyd edək ki, Xoşqədəm Teymurun atasının adını gizli saxlayıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanın keçmiş polis məmurunun oğlu

Azərbaycanın keçmiş polis məmurunun oğlu

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    12345 · 13 Oktyabr 15:2022

    Yuxarida yazilib axi atasinin adi ve soyadi HACIYEV ELWAD.

    Cavab yaz
    • Anonim
      555 · 13 Oktyabr 19:0020

      sizin dediyiniz itenin ata adidir

      Cavab yaz
  • Anonim
    Raul · 13 Oktyabr 16:5850

    Ata neyləsin burda? Övlad əyər nankordursa.

    Cavab yaz
  • Anonim
    SEVDA.Sabirabad · 13 Oktyabr 19:3610

    Halal pulla övlad böyūdəsən, borcunu hörmətnən qaytarar.Haram pulnan övlad böyūdərsən , borcunu bəlaynan qaytarar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.