Ölkə

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

12 Oktyabr 2018 17:14
1 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək.

Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.