Ölkə

Bakıda manyak-oğru tutuldu - O, 100-ə yaxın mənzildən necə oğurluq edib?

12 Oktyabr 2018 14:38
3 Şərh     Baxış: 6 030

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.  

DİN-dən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya  Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Pünhan Mirzə
Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ...... · 12 Oktyabr 14:5260

    Başı batmışın ogru olmagını bildim,bəs manyakligi nədə idi?

    Cavab yaz
    • Anonim
      Oxucu · 12 Oktyabr 15:5210

      Silsilə oğurluq etməyində. TV-də baxdım, adam deyib ki, bütün binaların 1-ci mərtbəsi mənlikdir.

      Cavab yaz
      • Anonim
        ...... · 12 Oktyabr 16:1020

        Başa düşmüşdüm əslində.Amma onda manyak yox super ogru olurlar)

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.