Ölkə

Bakıya gətirilən erməni şokoladları ilə bağlı RƏSMİ AÇIQLAMA

11 Oktyabr 2018 17:51
6 Şərh     Baxış: 4 173

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) son günlər Ermənistanda istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlara açıqlamada deyilib.

Məlumatda qeyd edilir ki, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

Bununla əlaqədar DGK bildirir ki, gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib:

"Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil.

Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib".

Məlumatda həmçinin qeyd edilir ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur:

" Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ida · 11 Oktyabr 18:1920

    Satis meqsedile olmasa da,oz istehlaki ucun ermeni mallari getiren fiziki sexsler ne meqsed gudur.Ermenistanin ozu kimi zibil mallarini olkeye getirmekle ne elde edirler?

    Cavab yaz
  • Anonim
    Anonimka · 11 Oktyabr 18:3920

    Mən imenno bu panda formalı şokoladları Rusiyada görmüşəm, heç ağlıma da gəlməzdi ki, mənfurların istehsalıdı.Bəlkə gətirən şəxs də bilməyib haranın istehsalıdır, Rusiyada satılır deyə Rusiya istehsalı bilib alıb.Çünki bir azərbaycanlı kimi şəxsən mən bilsəm almazdım (artıq bildim almaram).

    Cavab yaz
  • Anonim
    Arif · 11 Oktyabr 18:4200

    Salam bu konfetden oba marketfe var ama rusiya istehsalidi men aliram uwaga

    Cavab yaz
    • Anonim
      Deniz · 11 Oktyabr 20:1000

      Obadan mende almisam ama hec vaxt oxumisdim ustunu.gerek nese alanda ustunu oxuyum

      Cavab yaz
  • Anonim
    Şahin · 11 Oktyabr 18:4910

    Respublikaya gətirilmiş bu qədər malların şəxsi istehlak adı ilə vətəndaşların adına qeyd edilməsi heç də inandırıcı görünmür. Gömrük xidməti və AQTA nümayəndələrinin bu işdə hansı səbəbdənsə nəzarətsizliyinin ucbatından baş vermişdir. Çox təəsüf

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 11 Oktyabr 19:4360

    BU İŞLƏ MƏŞĞUL OLANLAR XALQIN QƏZƏBİNDƏN QORXMALIDIRLAR --İNSANIN BİR VİCDAN MƏSƏLƏSİ DƏ VAR --HƏR ŞEYİ PULLA ÖLCMƏK OLMAZ--BİLMƏYƏNLƏR ÜCÜN YAZIRAM ERMƏNİSTANIN MAL KODU 485--DİR--RUSİYANIN MAL KODU 460-DAN 469 -A QƏDƏRDİR---YƏNİ ÜZƏRİNƏ BAXIB TANIMAQ OLAR XALQIMIZI SEVƏK VƏ MƏNAFEYİNİ QORUYAQ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.