Ölkə

Suraxanıda yaşayış evinin altından neft çıxdı

11 Oktyabr 2018 17:38
0 Şərh     Baxış: 3 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonundakı evlərdən birində neft sızması aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Suraxanı Oil" Əməliyyat Şirkətindən bildirilib.

Qeyd olunub ki, sakinlərin müraciəti əsasında hadisə yerinə baxış keçirilib:

"Məlum olub ki, evin altında az miqdarda neft sızması müşahidə olunur. Neft sızması aşkarlanan fərdi ev neft buruqlarından kənarda yerləşir. Müşahidələr zamanı məlum olub ki, evin altından bir müddət neft sızması baş versə də, sonradan bu, adi su axması ilə əvəz olunub. Artıq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mühəndisləri hadisə yerinə cəlb edilib, ərazidən nümunələr götürülərək analizə göndərilib".

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.