Ölkə

Bu il Azərbaycanda 90 mindən artıq körpə doğulub

11 Oktyabr 2018 18:56
0 Şərh     Baxış: 460

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 90523, yaxud hər gün orta hesabla 373 yeni doğulmuş körpə qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.