Ölkə

Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyib

11 Oktyabr 2018 17:32
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi statistika deyir ki, bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 26,2 mlrd. manat olub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən oxu.az-a bildiriblər ki, ticarət dövriyyəsinin 13 133,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 024,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Bu ilin 10 ayında satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları üzrə 2,1% və qeyri-ərzaq üzrə 3,3% üstələyib.

Alıcılar pullarının 45,9%-ni ərzaq məhsulları almağa xərcləyiblər. Xərclərin 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-sentyabr aylarında məhsulların 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.

Hesablamalara görə, əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.