Ölkə

Bakını bürüyən toz-dumanın digər mənbəyi açıqlandı

11 Oktyabr 2018 19:36
0 Şərh     Baxış: 987

Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

"Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir".

Ramal Bağırov qeyd edib ki, daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur: 

"Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.