Ölkə

Xəyanətə görə özünü asan qadının ərinə ağır cəza

11 Oktyabr 2018 16:19
3 Şərh     Baxış: 2 656

Abşeron Rayon Məhkəməsində özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Rüfət Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında vəkil İkram Abdullayev deyib.

O qeyd edib ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, R.Ağalarov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 4 aprel 2018-ci ildə Xırdalan qəsəbəsində baş verib. R.Ağalarovun həyat yoldaşı Nərmin Ağalarova özünü evin mansartından asaraq intihar edib. 

İttihama görə, intihar edən qadın əri tərəfindən mütəmadi işgəncələrə məruz qaldığı üçün özünü asıb. Eyni zamanda, R.Ağalarovun başqa qadınla münasibətdə olduğunu həyat yoldaşı bilib. Buna görə onların arasında tez-tez mübahisə yaranıb. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Səma · 11 Oktyabr 17:0550

    ərə görə özünü niyə öldürürdü axı insan üçün ən doğma ana ,ata, gözəl qardaş və bacıdır.Onlar üçün yaşamaq lazımdır.

    Cavab yaz
  • Anonim
    Leyla · 11 Oktyabr 17:0920

    Ciplax qiz goren kimi deyirsiz evlenmaga azerbaycanda qiz yoxdu deyirsiz sizin manyaklugiviza terbiyessizliyive azerbaycan qizi sebr edir axirda sevgi gormur ozunu oldurur

    Cavab yaz
  • Anonim
    Teselli · 11 Oktyabr 18:4320

    Menim cox yaxinim intihar elemisdi erinin zulmune gore.xeyanetden tutmus narkomanliga qeder her sey var idi.dozdu dozdu axirda esebleri pozuldu bu addimi atdi.son nefesinde de dediki cox pesmanam.iw iwden kecmisdi..xilas oluna bilmedi.amma werefsize hec iw de vermediler.neter deyerler indi olub huri melek gozel ata.oz heyatini yasayir.yaziq qiz getdi.Allah belasini versin belelerinin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.