Ölkə

Kişi mollalara maşın verildi, bəs qadınlara? - FOTO

11 Oktyabr 2018 14:45
18 Şərh     Baxış: 7 437

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD" markalı avtomobillərin açarları təqdim olunub.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik.

Bu, nə ilə bağlıdır?

Gələcəkdə bu siyahıya qadın mollalar da daxil edilə bilərmi?

Həmçinin, mollalara  maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdə "səs-küy" doğurub.

Bu və ya digər suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Arana müraciət etdik.

Milli.Az xəbər verir ki, o, modern.az-a açıqlamasında deyib ki, rəsmi qadın mollaların sayı çox azdır.

"Yəqin ki,  gələcəkdə qadın mollalara da belə hallar şamil olunar. Amma deyim ki, Azərbaycanda  99,9% din adamları kişilərdir. Rəsmi qadın mollaların sayı barmaqla sayılacaq qədərdir. Kimlərsə mollalıq edə bilər. Ancaq onların rəsmi statusu yoxdur. Özbaşına gedib mollalıq edirlər". 

Komitə rəsmisi qadın mollaların rəsmi ad almamasına da aydınlıq gətirib:

"Qadın mollalar var ki, onlar məsciddə azlıq təşkil edir. Bir çox məscidlərdə isə qadın molla yoxdur. Olmayan bir şeyə necə ad qoyaq?! Bəlkə də gələcəkdə qadın mollaların sayı arta bilər. O zaman onlara uyğun ad fikirləşmək olar. Hazırda adları elə "qadın molla" olaraq gedir. Tarixdən üzü bu yana molla ancaq kişilər olub. Qadınlar azlıq təşkil edib. Məsələn, Azərbaycanda dini icma sədri olan bir, ya da iki nəfər qadının adını çəkmək olar. Üçüncüsünü isə xatırlamıram. Onlardan biri də Ağcabədidədir". 

Səyyad Aran qadınların ali dini təhsil alması məsələsindən də danışıb:

"Məclislərdə mollalıq edən qadınlar bunu özfəaliyyət səviyyəsində öyrəniblər, kurs keçməyiblər. Doğrudur, Azərbaycanda vaxtilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı İslam Universitetində qızlar da təhsil alırdı. Amma onların əksəriyyəti ya ailə həyatı qurub, ya da ixtisaslarını dəyişərək molla olmaqdan imtina ediblər. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində oranı bitirib çalışan qadınlar var. Amma onlar sırf qadın məclisi aparan molla deyillər. Onlar təhsilli din xadimləridir.

Əgər həmin təhsilli qadınlar məsciddə rəhbər vəzifədə çalışsalar, onlar da kişi din xadimlərinə verilən imtiyazlardan yararlana bilərlər. Sadəcə, sərbəst fəaliyyət göstərən molla qadınların heç bir qeydiyyatı yoxdur. Bunun üçün qadın mollalar imtahan verməlidirlər. Əgər qadın molla imtahan verib keçərsə, onu rəsmi qaydada hər hansı məscidə vəzifəyə çəkmək olar. Yoxsa ki, kənardan gəlib "mən də molla qadınam. Mənə də maşın verilsin" deyilə bilməz. Təcrübədə belə hal yoxdur. Əgər hansısa molla qadının ürəyindən məsciddə rəsmi vəzifə daşımaq keçirsə, imtahan verməlidir".

Komitə sədrinin I müavini nə üçün mollalara maşın verildiyini də açıqlayıb:

"Maşın alan mollalar nüfuzlu din xadimləridir. Bunu Mənəvi Dəyərlərin Təbliği  Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk".

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya "NAZ Lifan 330" markalı avtomobillər verilib.

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Necmi · 11 Oktyabr 14:5183

    Din mollalarına araba vereceğinize,bence gelecek nesilleri yetiştiren muallim ,öğretmenlere maşın verin daha doğru olur.yoksa azerbaycanda bir din devletine dönüşecek ileride

    Cavab yaz
    • Anonim
      Abdullah · 11 Oktyabr 17:2800

      agzina sagliq necmi abi ! cox dogru soz

      Cavab yaz
  • Anonim
    Əsranur · 11 Oktyabr 14:57123

    Mollanın maşın nəyinə lazımdır?Ölüsü olan,gəlib özü aparır mollanı.Deyirsiniz,birdən gəlib ölünün basdırılmasına qədər çatmaz?O qədər evində ağır xəstəsi,əlili olan kasıb ailələr varki..Elələrinə verin də.Onsuz da,nə qədər ki,insan var,mollalara da iş var.Diriykən ölülərə gün ağlayın.İmtahanları çətinləşdirin,yaşayış ağırlaşsın,mollalara da maşın verin.Düzgün "qərardır "hardasa....Nəisə...Allah bizləri gənclərin ölümüylə sınamasın bircə..

    Cavab yaz
  • Anonim
    Musa. · 11 Oktyabr 15:1671

    Molla qədər hörmətin olmadl ay müəllim. Mən müəllimliyi atıb keçəcəm mollalığa.

    Cavab yaz
    • Anonim
      Musa müəllimə · 11 Oktyabr 15:4335

      Müəllimlər dilənməklə özləri özlərini hörmətdən lap çooxdan salıblar.

      Cavab yaz
      • Anonim
        Piri · 11 Oktyabr 17:3000

        Bu olkede dilenmeyen taniyirsan vobshe ?

        Cavab yaz
      • Anonim
        Toma · 11 Oktyabr 17:4030

        Musa muellim,siz usaqlardan pul yigmirsiz ki?

        Cavab yaz
    • Anonim
      Əsranur · 11 Oktyabr 15:5172

      Belə getsə,mən də kurs axtaracağam.Avazım da pis deyil.Bir maşın da mənə versələr,ilk 7 ölüyə 50 faiz endirim edəcəyəm.Əhd edirəm.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 11 Oktyabr 16:0900

        Ərəbcə oxumağı öyrətmənmək üçün kurs axtarırsansa uzağa getmə,bacın ölməyib ki:)Surə bilmək də lazım deyil,elə mərsiyə öyrənsən bəsdir.Avazın yaxşıdı yox ee superdir,sən oxu məndə sinə vurum...Arada bir də vəxseydən,şaxseydən deyərəm.

        Cavab yaz
        • Anonim
          Əsranur · 11 Oktyabr 17:3600

          :))))))))))))Ölüyə qədər ağladıb çıxaram:)))))))))

          Cavab yaz
        • Anonim
          Bambılısız · 11 Oktyabr 17:3722

          ikinizdə.

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 11 Oktyabr 18:2300

            Doğurdan?Onda إذا اخرج من هنا...

            Cavab yaz
        • Anonim
          Toma · 11 Oktyabr 17:3800

          ƏSİ. siz neciye gedirsiz meclislere? deyirem axi cume axsamlari serhleriniz cox az olur.

          Cavab yaz
          • Anonim
            Molla Əsranur · 11 Oktyabr 18:0750

            Sənin yasına havayı gələrik.Sən hər dəfə bizi görəndə ölməyində ol təki:)))))

            Cavab yaz
          • Anonim
            ƏSİ. · 11 Oktyabr 18:1940

            Buuy siz də saytın mollasısınız?Heç mən özüm bilmirəm hansı günlər az ya da çox yazdığımı.Sizə halaldır vallah.Qazanc edim ilk sizə güzəşt edəcəm:).Hələ başlamımışıq Toma,Əsranura ərəbcə oxumağı öyrədim xəbər edəcəm,saytda olun:))).

            Cavab yaz
            • Anonim
              Əsranur · 11 Oktyabr 19:1200

              O,ölüçimdirəndi.Prosto,cüməaxşamları ölü olmayanda,daha çox sülənir burda.Cüməaxşamları havayı internet paketi verilir bunlara))))))

  • Anonim
    Sebihi 313 · 11 Oktyabr 15:5350

    heqiiq molalig etemey herkesin seneti deyil.!.

    Cavab yaz
  • Anonim
    aea · 11 Oktyabr 17:2500

    Həə ancaq kişi mollalara.... İndi ehsan yeməyə vaxtında çatarlar...))) Arvad mollalara niyə vermirlər ki???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.