Ölkə

Qəza törədən baş həkim danışdı: "Deyirdilər ki, o, elə ölməyə layiq idi"

11 Oktyabr 2018 14:36
13 Şərh     Baxış: 3 660

Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, A.Yunusov  qafqazinfo-ya müraciətində qeyd edib ki, o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: "Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınımın podpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki, qanı gəlib mənə toxundu. 

Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım. 

O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında həmin gün 2,9 faiz etanol çıxmışdı. Bu 12 gün ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur".

Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: "Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyiti onsuz imkansızlıqdan yerdə qalacaqdı".

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Sumqayıtlı qız · 11 Oktyabr 14:4383

    Baş həkim,ayıb olsun..Onun ailə üzvləri gicdir,sənə nə gəlib,ailəsinin iyrənc fikirlərini Azərbaycana yayırsan..Nəticədə,insan dünyasını dəyişib.

    Cavab yaz
  • Anonim
    Ida · 11 Oktyabr 14:4892

    Ola biler ki heqiqeten de sefil heyat suren insan olub.Ziyali,savadli insana yarasarmi ki ozunu temize cixarmaq ucun basqalarinin merhum haqqinda dediklerini tekrarlasin.Bacisinin kasib olmasi,qardasinin alkoqolikliyini one cekib,insanlari asagilamaqla xal qazanmaq lazim deyil.Her kim olub,hansi agila qulluq edibse oz isidir,esas odur ki,onu masinla vurmusuz.En azindan bir insan kimi halina acidiginizi gostere bilerdiniz.

    Cavab yaz
  • Anonim
    Düz · 11 Oktyabr 14:4991

    Kasıb, yiyəsiz olduğu üçün min cür don geydirəcəklər.

    Cavab yaz
  • Anonim
    Əsranur · 11 Oktyabr 14:49103

    Nə alçaq düşüncədir bu?Nə axmaq söhbətdir bu?Necə yəni ölməli adamdır???Gör nə qədər insanlığənızı itirmisinizki,bir insanın ölümündən çox,onun qanının sizə toxunmadı yandırır sizi?Çox alçaq zəmanəyə gəlib çıxmışıq.O,bomj da olsa,elə adamların özlərindən başqa heç kimə ziyanı dəymir...Çox heyf..İyrənc insanlar çoxdur..

    Cavab yaz
  • Anonim
    Leman · 11 Oktyabr 14:5211

    Podpres yox,ayyyy,baş hekim.parpress

    Cavab yaz
  • Anonim
    Vuska · 11 Oktyabr 14:5431

    Dehsettt ozunu ele gosderirki guyeki bunun hec gunahi yoxdu noldu sen vurannan sonra oldu ozude deyirki yungul beyin silkelenmesiye bilmir ozune nece beraet qazandirsin her ne idi adam idi

    Cavab yaz
  • Anonim
    kate · 11 Oktyabr 15:1971

    azərbaycana xas tipik həkim fikri pulu yoxdusa ölməlidi.

    Cavab yaz
  • Anonim
    Ay · 11 Oktyabr 15:2631

    Bu nə deməkdir ölümə layiq idi? Bütün canlılar ölümü mütləq dadacaqlar.Ziyalı insana beıə danışmaq yaraşmır

    Cavab yaz
  • Anonim
    Oxucu · 11 Oktyabr 15:3241

    Mənə maraqlıdır görsən bomju maşın vuranda cinayət işi açılmır?

    Cavab yaz
  • Anonim
    maqa · 11 Oktyabr 15:5620

    ay mashAllah bele hekimleri olan olkeye ne deyesen sozun bitdiyi yer kimki o insana deyir olmeye layiq idi onu gorum yawmaga layiq olmasin

    Cavab yaz
  • Anonim
    Gul · 11 Oktyabr 16:0010

    Ayib olsun sene. Allah biler o olmeye layiq idi ya yox ,senin kimi serefsiz bendeler yox.

    Cavab yaz
  • Anonim
    Vüqar · 11 Oktyabr 16:2421

    Bzim milletde ele danışır ki a kişi pullu insan kasıb insanı maşınla vurub nece olmalıdı. Maşın dayanan yerde özü gelib tekerin altına girib orda derman için zehetleyib özünü sürücüye böhtan atıbda.

    Cavab yaz
  • Anonim
    karandaş · 11 Oktyabr 20:0700

    bu "vicdanla" çox güman ki sürücü kimidən əlavə həkim olaraq da bir çox insanın əcəlinə bais olmusan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.