Ölkə

Nazirlik: Tərtərdə minaya düşən gəncin vəziyyəti ağırdır - YENİLƏNİB - VİDEO - FOTO

11 Oktyabr 2018 15:58
2 Şərh     Baxış: 2 176

15:58

Tərtər rayonunda minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlunun vəziyyəti ağırdır.

Milli.Az bildirir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, A.Həsənovun sol ayağı amputasiya olunub. Onun sağ baldırının arxa səthinin geniş cırılmış yarası da var.

----------

15:15

Bərdə rayon Mərkəzi Xəstəxanasından bu gün minaya düşən Azad Həsənovun vəziyyəti ilə bağlı açıqlama verilib.

Milli.Az xəbər verir ki, xəstəxananın metodik kabinet müdiri Nərmin Abbasova "Qafqazinfo"ya bildirib ki, xəstənin vəziyyəti ağırdır:

"O, sol ayağın və hər iki xayalığın travmatik amputasiyası, həmçinin sağ baldır nahiyəsinin arxa səthində geniş cızılmış yaralar və hər iki said nahiyəsində cızılmış yara diaqnozu ilə xəstəxanaya daxil olub. Xəstə əməliyyata alınıb. Onun Bakıya gətirilib gətirilməyəcəyi barədə isə hələlik heç bir məlumat yoxdur".

---------

14:58

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Milli.Az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır. 

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov də saytımıza açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azad əməliyyata alınıb:

"Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədəninin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim". 

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu. 

----------
14:32

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Nəticədə 24-25 yaşlı Azad adlı gəncin bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Тертере вынужденный переселенец подорвался на мине

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    **** · 11 Oktyabr 15:3220

    Allah sebeb salsin.inşallah yaxşi olar.

    Cavab yaz
  • Anonim
    Loğman · 11 Oktyabr 16:5910

    Allah şəfa versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.