Ölkə

Azərbaycanlı deputat: "Metsamor AES partlayış məqamını gözləyən bombadır"

11 Oktyabr 2018 13:57
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistandakı Metsamor atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Strasburqda AŞ PA-nın payız sessiyasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Metsamor AES çox seysmik zonada yerləşir:

"Faktiki olaraq bu, partlayış məqamını gözləyən bombadır. Əgər Ermənistanda daha bir zəlzələ baş versə bu, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə gətirib çıxara bilər".

A.Mollazadə qeyd edib ki, Avropa İttifaqı Metsamor AES problemini həll etmək üçün Ermənistan hökumətinə konkret büdcə ehtiyatları ayırıb:

"Pullar itib və AES işini davam etdirir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, bu stansiya "çirkli" bomba hazırlaya bilər və bu bomba Azərbaycana qarşı istifadə oluna bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.