Ölkə

Cəza çəkən qardaşına güclü təsiredici həb ötürmək istədi, tutuldu

11 Oktyabr 2018 15:34
0 Şərh     Baxış: 940

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmzəyev Seymur Bəyverdi oğluna qardaşı Fizuli rayon sakini Behbudov Yasin Müslüm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici "Metandienon" həbi və 2 ədəd "Sustanon" adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.