Ölkə

"Atam 4 nəvəsi ilə qəzaya düşdü, qızımın ayağı amputasiya olundu, protezə ehtiyacımız var" - Dəhşətli qəzanın təfərrüatı - VİDEO - FOTO

11 Oktyabr 2018 15:06
11 Şərh     Baxış: 3 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə 8 yaşlı Leyla Əhmədovanın videomüraciəti geniş yayılıb.

Videoda azyaşlı Leyla gəzmək istədiyini və protez ayağa ehtiyacı olduğunu deyir. Eyni zamanda o qeyd edir ki, protez almaq üçün pulları yoxdur.
 
Milli.Az xəbər verir ki, azxeber.com məsələnin təfərrüatını öyrənmək üçün Leylanın anası Rəna Sadıqova ilə əlaqə saxlayıb.
 
Masallıda yaşadıqlarını deyən ana bildirib ki, qəza 4 ay öncə baş verib: "Bu hadisə 4 ay əvvəl baş verib. Atam 4 nəvəsini avtomobillə aparırmış. Bu zaman yol polisi avtomobili qovmağa başlayıb, atam da avtomobili saxlamayıb və qarşısına it çıxıb. O da iti vurmamaq üçün maşını qaçırıb və qəza törədib. İnanın ki, bu hadisədən sonra hələ də özümə gələ bilməmişəm. Bilmirəm atamı günahlandırım, yoxsa onu qovan yol polislərini mi? Atama da həmin dəqiqə hansısa sənədə qol çəkdiriblər ki, guya yol polisinin səhvi olmayıb. Hadisədən sonra 8 yaşlı qızımın ayağı amputasiya olundu. O yeriyə bilmir".
 
Valideyn bildirib ki, övladına protez alınması və əməliyyat edilməsi üçün tələb olunan pulu verə bilmir: "Hadisə zamanı qardaşımın uşaqları da maşında olub, onlar da mənə kömək edir. Qızımı tək böyüdürəm, özüm də nə qədər borc almışam. Ancaq protez almağa və əməliyyat etməyə pulum çatmır. Həkimlər deyir ki, 12 min manata yaxın pul lazımdır. Mən də sizin vasitənizlə imkanlı şəxslərdən xahiş edirəm ki, qızıma yardım etsinlər, çox çarəsiz durumdayıq".
 
Rəna Sadıqova övladının fotolarını da portalımıza təqdim edib:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.