Ölkə

"Məktəbdənkənar fəaliyyətin düzgün təşkili yeni nəslin formalaşmasında çox vacib amildir"

11 Oktyabr 2018 10:35
Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbdənkənar fəaliyyətin düzgün təşkili innovativ fikirli, vətənpərvər yeni nəslin formalaşmasında çox vacib amildir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Ceyhun Bayramov 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində təhsilin inkişafı üçün işlər aparılır.

C.Bayramov əlavə edib ki, 4 il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, bu tədris ilində isə 75 faiz olub:

"Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb olunan uşaqların sayı 2000-ə yaxın olub". Bu rəqəmi yüksəltməyin əsas hədəflərdən biri olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, Azərbaycanda ali təhsil sahəsində də əhatəliliyin genişləndirilməsinə və keyfiyyətin yüksəlməsinə nail olunub: "Bu il 500 baldan çox toplayan 2090 nəfər abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi seçiblər".

Nazir bildirib ki, son illər ərzində peşə təhsili sahəsində də bir sıra yeni layihələr həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.