Ölkə

AMEA və Kənd Təsərrüfatı Nazirliyinin birgə nümunəvi təsərrüfatlarının yaradılması imkanları araşdırılacaq

27 Sentyabr 2018 14:51
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyinin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları araşdırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Akademik bildirib ki, yeni saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var.

Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib olduğunu deyən nazir vurğulayıb ki, bunun üçün ümumi hədəfə doğru əməkdaşlıq olduqca vacibdir. Natiq bu səbəbdən sazişə böyük əhəmiyyət verdiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.