Ölkə

Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

26 Sentyabr 2018 18:52
1 Şərh     Baxış: 2 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin təqdim etdiyi yeni "iPhone" modelləri Azərbaycana gətirilib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, "iPhone Xs" və "iPhone Xs Max" smartfonlarının qiyməti barədə  "World Telecom" mağazalar şəbəkəsinin rəsmi saytında məlumat yerləşdirilib. 

"iPhone Xs"in qiyməti 2799 manatdan başlayır. 256 GB yaddaş tutumuna malik "iPhone Xs" modelinin qiyməti 3099, 256 GB yaddaş tutumuna malik "iPhone Xs Max"ın qiyməti isə 3599 AZN-dir. 

Digər telefon mağazalarından bildirdilər ki, onlar "iPhone"un yeni modellərini gətirməyiblər.

"iPhone" telefonlarının satışını həyata keçirən "Alma Store"dan Oxu.Az-a verilən məlumata görə, yeni telefonlar Azərbayacana bir-iki həftəyə gətiriləcək:

"Qiyməti gətirildikdən sonra açıqlanacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.