Ölkə

Bakı metrosunda insident: təcili tibbi yardım gəldi

26 Sentyabr 2018 15:52
3 Şərh     Baxış: 2 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında sərnişin özündən gedib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, stansiyanın platformasında olan 45-50 yaşlı qadın sərnişinin halı qəfil pisləşib. Ətrafdakı şəxslər dərhal təcili tibbi yardıma müraciət edib və sərnişinə tibbi yardım göstərilib. Bundan sonra həmin şəxs bir qədər özünə gəlib və stansiyaya dəvət edilən yaxın qohumuna təhvil verilib.

Tibbi yardım briqadasından bildirilib ki, halı pisləşən şəxs yüksək qan təzyiqindən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.