Ölkə

Bakıda şagirdlərə əxlaqsız təkliflər edən şəxs saxlanıldı - FOTO

26 Sentyabr 2018 15:56
3 Şərh     Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25 sentyabr saat 08:00 radələrində "Məktəblinin dostu" layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.

"Məktəblinin dostu" layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və videogörüntüləri polis əməkdaşlarına təqdim ediblər.

Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.