Ölkə

Ərəbqardaşbəyliyə ilk dəfə təbii qaz verildi

26 Sentyabr 2018 16:40
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə ilk dəfə təbii qaz verilib.

Milli.Az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17.961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, 96 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.