Ölkə

Tikinti şirkətləri diqqətli olmalıdır: cəzalar sərtləşdirilir

26 Sentyabr 2018 16:24
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qazıntı işləri zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə nəzərdə tutulan cəzalar sərtləşdirilir.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəllənin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsinin 0.9-cu bəndinə əsasən, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1200 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə isə fiziki şəxslərin 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslərin 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslərin 15 min manatdan 20 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.