Ölkə

Azərbaycan taktiki raket istehsalına başlayıb - FOTO

26 Sentyabr 2018 14:08
0 Şərh     Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan taktiki raket istehsalına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi eksperimental taktiki raket "ADEX 2018" 3-cü Beynəlxalq müdafiə sərgisində nümayiş olunur.

203 mm kalibrli raketin döyüş başlığının kütləsi 50 kiloqramdır.

INS GPS naviqasiya sistemi ilə təchiz olunan raketin start mühərrikinin işləmə müddəti 1,1 saniyədir. Raketin marş sisteminin işləmə müddəti isə 200 saniyədir.

Taktiki raketin uçuş məsafəsi 10-50 min metrdir. Çəkisi 250 kiloqram olan raketin uzunluğu 2,4 metrdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.