Ölkə

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa" - FOTO

26 Sentyabr 2018 12:17
Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.

Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.

Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.

Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.

PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır.

Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.

Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbayca Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.