Ölkə

Qadını zorlamaq istədi, qonşular köməyə gəldi - Bakıda

26 Sentyabr 2018 10:44
19 Şərh     Baxış: 6 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S. Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib.

Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar.

Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.