Ölkə

Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU - Qatarlar gecikdi, avtobuslar yolda qaldı

26 Sentyabr 2018 09:15
Baxış: 7 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir.

Milli.Az xəbər verir ki, günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır".

Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib. Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub. Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.