Ölkə

Ölkəyə saxta "botoks"lar gətirib satana hökm oxundu

25 Sentyabr 2018 16:30
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks" kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı ilə məşğul olmaqda təqsirləndirilənlər İmran Abizadə və Zəkiyyə Qələndərova hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Z.Qələndərovaya isə şərti cəza verilib, o, azadlıqda qalıb. 

İttihama görə, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmetoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan "Canotix 100 units" dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

İ. Abizadə Astara gömrüyündə kafedə işləyib, Z.Qələndərova isə Bakıda gözəllik salonunda işləyib. 

Qeyd edək ki, bu işlə bağlı İran vətəndaşları da saxlanılıb, onların məhkəmə işi ayrıca məhkəmə icraatında hazırda davam etdirilir. 

Onlardan biri, Cahani Hamid Muhammad uzun müddət Azərbaycanda yaşayıb və Dövlət Gömrük Komitəsinin Hospitalında cərrah-həkim işləyib. İstintaq dövründə azadlıqda olub, lakin məhkəmənin hazırlıq iclasında həbs olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.