Ölkə

Qanunsuz ov edən 2 nəfər saxlanıldı

25 Sentyabr 2018 14:05
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunsuz ov edən 2 nəfər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan "Cifsan" və Çingiz Əliyevdən "TOZ-63" markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.