Ölkə

"Tibb elminin aciz qaldığı xəstəliklərdən əziyyət çəkənlərdən istifadə etmək vicdansızlıqdır"

25 Sentyabr 2018 12:51
Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün tibbi-texniki imkanlar bütün xəstəlikləri müalicə etməyə imkan verir: "Bəzən insanlar arasında düzgün təbliğat getmir. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalar, avadanlıqlar baxımından geri qalırdıq, ancaq bu gün tibbi müəssisələr bütün müasir texnologiyalar ilə təmin olunub".

Ə.Əmiraslanov vurğulayıb ki, elə xəstəliklər var ki, tibb elmi bunun qarşısında acizdir və belə xəstəliklərin sayı çox deyil: "Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.