Ölkə

Şadlıq sarayında meyit tapıldı - Zaqatalada müəmmalı ölüm

25 Sentyabr 2018 12:04
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib. 

İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus olduğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.