Ölkə

İsmayıllıda evdən 8 kq-a yaxın narkotik tapıldı - FOTO

25 Sentyabr 2018 09:59
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.