Ölkə

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılıb

25 Sentyabr 2018 09:10
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılır və tərkibi təsdiq edilir.

Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etməli və Nazirlər Kabinetini bu barədə məlumatlandırmalıdır.

Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.